“Qarabağ”ın rəqibi darmadağın oldu:   5:0 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın rəqibi darmadağın oldu: 5:0 

İdman

12 Fevral 2024 10:25 712


"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında 21-ci tur oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, komanda səfərdə "Sportinq"lə qarşılaşıb. Matçda "Sportinq" "Braqa"nı darmadağın edib - 5:0.

Hazırda turnir cədvəlində "Braqa" 40 xalla 4-cüdür. Sıralamaya 52 xalla "Sportinq" liderlik edir. pizza hut

"Braqa" növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Ağdam təmsilçisi ilə "Braqa" arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

"Sportinq" - "Braqa" - 5:0

Qollar: Trinçao, 8, Quareşma, 18, Qyökeres, 71, Braqança, 73, Santos, 85


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!