Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan APOEL klubunda daha bir qalmaqal yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “24sports” məlumat yayıb.
Bildirilir ki, Kipr təmsilçisinin futbolçusu Joazinyo komandanın heyətindən kənarlaşıdırılıb. Portuqaliyalı müdafiəçi APOEL-in “Nea Salamina” ilə qarşılaşacağı oyunun heyətinə daxil edilməyib. Joazinyonun kənarda qalmasına səbəb intizamsız davranışları olub. Pepperoni pizza
Xatırladaq ki, APOEL-in “Qarabağ”la Bakıda qarşılaşdığı oyundan (2:2) əvvəl Musa Əl-Tamari də baş məşqçi Tomas Dolla mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.
Telegram kanalımız