“Qarabağ”ın rəqibi imkansızlığa görə Bakıya adi reyslə 16 saata gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın rəqibi imkansızlığa görə Bakıya adi reyslə 16 saata gəldi

İdman

18 İyul 2023 10:59 1090


Cəbəllütariq "Linkoln"u Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu üçün Bakıya gəlib. 

Yenisabah.az xəbər verir ki, bu haqda klubun Feysbuk hesabında paylaşım edilib. Komandanı daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. 

"Linkoln" paylaşımında bildirib: "16 saatdan sonra sağ-salamat Bakıya çatdıq". pizza

Qol.az-ın əldə etdiyi xəbərə görə, komanda Bakıya çarter deyil, adi reysi ilə gəlib. Buna səbəb komandanın iqtisadi durumunun aşağı olmasıdır. Komanda əvvəlcə İstanbula, oradan isə Azərbaycana yollanıb.

Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Linkoln" matçı saat 20:00-da başlayacaq. Cəbəllütariqdə oynanılan ilk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!