"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” 2 futbolçusu ilə yolları ayırıb.
Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisinin hücumçusu Luis Asue ölkənin digər klubu “Moreyrense”yə keçib. 21 yaşlı müdafəçi Dieqo Fonseka isə "Eştrela"ya (Portuqaliya) icarəyə verilib.
Qeyd edək ki, "Qarabağ" ilə "Braqa" arasındakı ilk görüş fevralın 15-də Portuqaliyada, cavab oyunu isə fevralın 22-də Bakıda olacaq. Dominos pizza
Telegram kanalımız