“Qarabağ“ın rəqibi yeni qapıçı transfer edir

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın rəqibi yeni qapıçı transfer edir

İdman

29 Sentyabr 2022 11:40 917


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" heyətinə yeni qapıçı cəlb etməyə yaxındır.

Yenisabah.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Pirey təmsilçisinin qolkiperi Tomaş Vatslikin Çexiya millisinin düşərgəsində zədələnməsindən əvvəl klub yeni qapıçı almaq qərarına gəlib. "Olimpiakos" PAOK-dan bu yay azad agent kimi ayrılan Aleksandros Pasxalakisin transferini bitirmək üzrə olduğu vurğulanıb.33 yaşlı qapıçının artıq klubda tibbi müayinədən keçdiyi və bu gün müqavilə bağlayacağı bildirilir. .

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!