“Qarabağ”ın rəqibində zədəlilər var - Baş məşqçi şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın rəqibində zədəlilər var - Baş məşqçi şikayətləndi

İdman

20 Fevral 2023 13:08 679


Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Belçika "Gent"i Ağdam klubu ilə cavab oyunundan əvvəl zədəlilərin çoxluğundan əziyyət çəkir. 

Yenisabah.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib. 

O, Belçika çempionatında “Leuven”i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra zədəlilərin çoxluğundan şikayət edib:  Dördpendirli pizza

“Qarabağ”la oyundan öncə çoxlu zədəlilərimiz və formada olmayan oyunçularımız var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”. 

Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıdakı ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb./Qol.az  

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!