“Qarabağ“ın rəqibində ciddi itki: Hücumçu zədələndi 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın rəqibində ciddi itki: Hücumçu zədələndi 

İdman

11 Fevral 2023 09:58 735


"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"in (Belçika) futbolçusu Darko Lemayiç zədələnib. 

Qol.az Belçika mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk öz açıqlamasında bildirib. 29 yaşlı hücumçunun bud əzələsi yırtılıb. Ona görə də Darko uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, serbiyalı forvard Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la hər iki oyunu buraxacaq. 

Digər zədəli futbolçulardan Tarik Tissaudali, Vadis Ocica, Matiss Samuaz, Nurio Fortuna və Endryü Hülsagerin də Ağdam klubu ilə Bakıdakı ilk matçda iştirakları sual altındadır.  pizza sifarişi

Zədəsini sağaldan Gift Orban isə komandaya qoşulub. 

Vanhazebruk bunu da bildirib ki, heyətdəki itkilərə görə klubun U-21 komandasından bir neçə oyunçunu əsas komandaya cəlb edəcək. 

Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Gentdə olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!