“Qarabağ”ın sabiq futbolçusu ABŞ-da akademiya açdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın sabiq futbolçusu ABŞ-da akademiya açdı

İdman

20 Avqust 2020 02:04 936


ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli Nyu-York şəhərində futbol akademiyası açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə albaniyalı müdafiəçi özünün "Facebook" səhifəsində paylaşım edib.

38 yaşlı sol cinah oyunçusu bu layihəni komanda yoldaşı Bledi Bardiklə birlikdə həyata keçirib. "AB7 Soccer Academy" adlanan akademiya 6 - 14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. pizza

Aqolli akademiyada peşəkar məşqçilərin cəmləşdiyini bildirib.

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. 38 yaşlı müdafiəçi iyunda komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!