“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı

İdman

25 Mart 2020 13:03 864


Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə cənubi afrikalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında söyləyib. Çində koronavirus pandemiyası yayılmağa başlayan zaman ölkəsinə qayıdan oyunçu artıq Çinə dönüb. Forvard açıqlamasında Çindəki vəziyyətdən də danışıb:

“Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantinə alındım. Bu sağlamlığım üçün vacibdir. Burada hamı maskalı və əlcəkdədirlər. Deyə bilərəm ki, artıq Çində bu virusun qarşısını almağın yollarını öyrəniblər.  Buradan çıxdıqdan sonra komanda ilə birgə məşqlərə başlayacağam”. Dominos pizza

Qeyd edək ki, Dino Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!