“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin yeni klubu müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, yarımmüdafiəçi Türkiyə Super Liqa təmsilçisi "Kayserispor"la anlaşıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. Transferin reallaşması üçün Pedronun keçmiş klubu PAOK-a 650 min avro təzminat ödənilib.
Qeyd edək ki, Enrike 2017/18 mövsümünə icarə qaydasında "Qarabağ"da keçirib. O, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub (“Roma” ilə matçda – 1:2). pizza mizza
Telegram kanalımız