“Qarabağ“ın sabiq hücumçusu Çin klubuna keçdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın sabiq hücumçusu Çin klubuna keçdi

İdman

01 May 2022 13:03 438


"Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovunun Çinin Superliqa təmsilçisi “Çançun Yatay” klubuna keçidi rəsmiləşib.

Yenisabah.az xəbər verir ki, Çin klubunun mətbuat xidməti afrikalı hücumçunun transferini açıqlayıb. 32 yaşlı oyunçu da "İnstaqram" səhifəsində transferi ilə bağlı paylaşım edib.

Qeyd edək ki, Ndlovu 2018-ci ilin yanvarında “Qarabağ”dan Çinin 2-ci liqa klubu “Çjetsyaz” klubuna keçib. O, ötən yay Türkiyə 1-ci liqa təmsilçisi “Kocaelispor”a transfer olunub. Bu komandada 15 oyuna 9 qol vurub, 1 qolun isə ötürməsini edib. Ndlovu bu ilin martından Türkiyə təmsilçisindən ayrılıb.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!