“Qarabağ”ın sabiq qapıçısı, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus olan Asmir Beqoviç “Milan”a keçməyə yaxındır.
"Yeni Sabah" xəbər verir ki, italiyalı jurnalist Canluki di Marstio özünün Tvitter səhifəsində yazıb ki, bosniyalı qapıçı tibbi baxış üçün Milana gedib. Tibbi baxışdan uğurla keçəcəyi halda onunla müqavilə imzalanacaq.
Artıq İtaliyanın bir neçə xəbər saytı da Beqoviçin Milanda olduğunu yazıb. pizza hut
Qeyd edək ki, “Milan”ın hazırkı qapıçısı Pepe Reynanın “Aston Villa”ya keçəcəyi gözlənilir. /Qol.az
Telegram kanalımız