“Qarabağ“ın səfər proqramı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın səfər proqramı açıqlandı

İdman

23 İyul 2023 23:03 1252


"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa "Rakov"u ilə ilk oyunu üçün səfər proqramı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi iyulun 25-i saat 11:30-da Polşaya yollanacaq. pizza hut

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 25-i Bakı vaxtı ilə 21:40-da başlayacaq. Media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə Bakı vaxtı ilə 22:00-da matçın oynanılacağı “Miejski” stadionunda olacaq.

Qeyd edək ki, “Rakov” – “Qarabağ” matçı iyulun 26-da Bakı vaxtı ilə 22:15-də start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!