“Qarabağ“ın yeni legioneri Bakıya gəldi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın yeni legioneri Bakıya gəldi - Foto

İdman

26 Avqust 2020 11:11 1029


«Qarabağ»ın «Çerno More»nin yarımmüdafiəçisi Patrik Andrade ilə anlaşmasını dünən eksklüziv olaraq açıqlamışdıq.

Yenisabah.az xəbər verir ki, Cabo Verdedən olan legioner artıq Bakıdadır.

O, öncə klub rəhbərliyi ilə görüşəcək, daha sonra tibbi baxışdan keçəcək. Axşam saatlarında isə Ağdam təmsilçisinin «Şerif»lə keçirəcəyi Çempionlar Liqası matçını stadiondan izləyəcək. Azərbaycan çempionu afrikalı mərkəz oyunçusu ilə 2+1 illik müqavilə bağlamağı planlaşdırır. Dördpendirli pizza

27 yaşlı futbolçu «Qarabağ»a 2018-ci ildən şərəfini qoruduğu «Çerno More»dən gəlib. O, bu müddət ərzində Bolqarıstan klubunun aparıcı simalarından biri olub.

Sportinfo.az yazır ki, Varna klubunda 49 oyuna 5 qol vurub. Hücumameylli oyunçu ümumiyyətlə, peşəkar futbol həyatına ölkəsində – «Sportinq Prata»da başlayıb. Onun karyerası əsasən Portuqaliya ilə bağldır.

Adıçəkilən ölkədə «Ribeyrao», «Yoan», «Moreyrense», «Famalicao» və «Saliueyros»un şərəfini qoruyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!