“Qarabağ”ın yeni qapıçısı Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın yeni qapıçısı Bakıya gəldi

İdman

19 Avqust 2023 14:54 1168


“Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Andrey Lunyov Bakıya gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən məlumat verilib.

Bildirilib ki, 32 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. pizza

Sözləşmənin müddətinin 1 illik olacağı gözlənilir.

Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!