“Qarabağ“ın yeni qapıçısı bu gün Bakıya gəlir 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın yeni qapıçısı bu gün Bakıya gəlir 

İdman

18 Avqust 2023 12:16 911


"Qarabağ" "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevlə razılaşıb. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı qolkiper bu gün Bakıya gələcək. O, sabah tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey “Qarabağ”a azad agent kimi keçib. 

Qeyd edək ki, Lunyov karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.  pizza mizza

Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib./Qol.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!