“Qarabağ”ın yeni transferi Bakıya gəldi - Video 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın yeni transferi Bakıya gəldi - Video 

İdman

10 İyun 2024 16:47 422


"Qarabağ" heyətinə yeni futbolçu cəlb edir. 

QOL.az-a daxil olan xəbərə görə, Ağdam təmsilçisi Andrey Lunyovun gedişindən sonra Xorvatiya vətəndaşı olan 27 yaşlı qapıçı Fabian Buntiçi transfer etməyə hazırlaşır. Artıq futbolçu Bakıdadır. Onunla 3 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək, 1.94 metr boya malik Bundiç Portuqaliya Premyer Liqa təmsilçisi "Vizela"ya məxsusdur. Almaniyanın "Ştutqart" klubunun yetirməsi olan futbolçu müxtəlif vaxtlarda Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.  pizza

O, 2016-cı ildən 2022-ci ilin yayına qədər Almaniyanın "İnqolştadt" komandasında oynayıb. Sonra isə "Vizela"ya transfer olub və o vaxtdan bu klubun şərəfini qoruyub.

Qeyd edək ki, Buntiçin "Qarabağ"a keçəcəyinə dair ilk xəbəri futbolinfo.az saytı yayıb.

Buntiçin seyvlərindən biri 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!