“Qarabağ”ın yeni transferi danışdı – “...səbirsizliklə gözləyirəm”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın yeni transferi danışdı – “...səbirsizliklə gözləyirəm”

İdman

27 İyul 2020 14:15 959


"Bu komandada olmaqdan məmnunam".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni transferi Uroş Matiç "Telegraf.sr" saytına açıqlamasında deyib.

Sportinfo yazır ki, Makedoniya əsilli serbiyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubundan konkret təklif gəldiyi üçün bu komandaya keçməyə razılıq verib: "Qarabağ" transferim üçün hər şeyi etdi. Mənə daha böyük diqqət göstərdilər". pizza mizza

"Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb. Klub barədə də danışan 30 yaşlı oyunçu "Qarabağ"ın yaxşı təşkilatlanmış kollektiv olduğunu söyləyib:

"Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!