“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlandı

İdman

21 Oktyabr 2022 21:57 1195


“Qarabağ”ın zədəli futbolçularının vəziyyətlərinə aydınlıq gəlib.

Yenisabah.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XI turunun “Turan Tovuz”la matçında sıradan çıxan Bədavi Hüseynov və məşqdə zədələnən Şahruddin Məhəmmədəliyev komandanın bugünkü məşqində iştirak etməyiblər.

Bildirilib ki, həkim müayinəsindən sonra hər iki oyunçunun vəziyyətinin ağır olmadığı, bununla belə, bir müddət məşqlərə qoşula bilməyəcəyi aydınlaşıb: Sezar pizza

“Onların komandanın növbəti hazırlığında iştirak edib-etməyəcəkləri də bəlli deyil”.

Məlumatda həmçinin qeyd edilib ki, oyunçuların mövcud zədələri onların Avropa Liqasının qrup mərhələsinin “Nant”la matçında oynamaqlarına əngəl deyil:

“Ancaq buraxılan məşqləri nəzərə alsaq, hər iki futbolçunun hazırlıq səviyyəsinin necə olacağı şübhəlidir. Bu səbəbdən həm Şahruddin, həm də Bədavinin Fransada meydana çıxıb-çıxmayacaqları ilə bağlı yekun qərarı baş məşqçi verəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!