Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks"i ilə oyununda (4:0) zədələnən "Qarabağ"ın kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Yenisabah.az xəbər verir ki, futbolçunun zədəsi ciddi deyil.
MRT müayinəsinin cavabı hələ bilinməsə də, müdafiəçinin vəziyyəti qənaətbəxşdir. "Sileks"lə matçın 76-cı dəqiqəsində zədələnən Medvedev meydanı xərəkdə tərk edib. pizza sifarişi
"Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi Moldova "Şerif"i olacaq. Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Telegram kanalımız