“Biz Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş vasitəçilik səylərimizi davam etdirəcəyik”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib və nəticədə Soçi bəyanatı qəbul edilib. pizza sifarişi
Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bir sıra məsələnin razılaşdırılmadığını, ekspertlərin əvvəlcədən hazırladığı bəyanatın mətnindən bəzi müddəaların çıxarıldığını bildirib.
Vladimir Putin konkret hansı məsələlərdə razılığa gələ bilmədikləri barədə danışmaqdan yayınıb. O qeyd edib ki, bu, tərəflər üçün incə və həssas məsələlərdir və bu məsələlər təkbətək müzakirə olunmalıdır.
Telegram kanalımız