“Qarabağ”la oyun bizim üçün finaldır” - “Makkabi”nin baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”la oyun bizim üçün finaldır” - “Makkabi”nin baş məşqçisi

İdman

20 Noyabr 2020 13:37 885


“Demək olar ki, üç gündən bir oyun keçirəcəyik. Beş həftə ərzində 11 matçdan ibarət marafondan üzüağ çıxmalıyıq”.

Yenisabah.az xəbər verir ki, bunu Təl-Əviv “Makkabi”sinin baş məşqçisi Giorqos Donis deyib.

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İsrail təmsilçisinin 51 yaşlı çalışdırıcısı ilin sonuna qədər onları çətin dönəmin gözlədiyini söyləyib: Sezar pizza

“İlin sonuna qədər çempionatda 8, Avropa Liqasında isə 3 oyunumuz var. Sıx təqvimdə çıxış etmək çətindir.

Buna baxmayaraq, hər görüşə ayrı-ayrı yanaşacağıq, hər oyun bizim üçün final kimidir. Yaxşı formada olduğumuzu göstərməli, baxımlı oyun göstərməli və uğurlu nəticə əldə etməliyik”.

"Makkabi” ilə “Qarabağ” Avropa Liqasının V turu çərçivəsində dekabrın 3-də üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!