Bu günlərdə Bakı və İrəvan ATƏT-in Minsk Qrupunun fəaliyyəti barədə açıqlama veriblər.
Yenisabah.az xəbər verir ki, xüsusilə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun iclasının bütün ölkələrin iştirakı ilə geniş formatda keçirilməsinin əhəmiyyətindən danışıb. Onların sayı isə Azərbaycan və Ermənistan da daxil olmaqla 11-dir.
Hikmət Hacıyev Bakının Qarabağla bağlı danışıqların imitasiyasında iştirak etməyəcəyini vurğulayıb və ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edib. Toyuqlu pizza
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan isə ATƏT-in Minsk Qrupu həmsədrliyi formatının işləməməsi ilə bağlı fikirlərlə razılaşmadığını bildirib. Erməni nazir vasitəçilərin fəaliyyətini “çox müsbət” adlandırıb və qeyd edib ki, dəyişikliklərin lazım olması üçün heç bir səbəb görmür.
Ermənistan-Azərbaycan münaqişəsində Bakının haqlı olduğu birmənalıdır. Bu beynəlxalq miqyasda da belə qəbul olunur. Dünyanın aparıcı ölkələri Azərbaycan torpaqlarının işğal faktını tanıyır. Bu günlərdə ABŞ Konqressi də Ermənistanın Azərbaycan ərazilərini işğal etməsni faktını rəsmən tanıyıb.
Bununla belə, Bakı həmişə danışıqlarda təmkin nümayiş etdirib, səmimi şəkildə sülhün tərəfdarı olduğunu nümayiş etdirib. Atəşkəs müddətində Ermənistan dəfələrlə hərbi təxribatlar törədib. Amma Azərbaycan tərəfdən atəşkəsin pozulması faktı qeydə alınmayıb. Bakı yalnız Ermənistan silahlı qüvvələrinin hücumlarına adekvat cavab verməklə kifayətlənib. Sülh danışıqlarına xələl gəlməməsi üçün hərbi əməliyyatları dərinləşdirməyib.
Ermənistan isə əksinə, bütün davranışları ilə səmimi olmadığını ortaya qoyub. Bir tərəfdən danışıqlar masasına əyləşən İrəvan digər tərəfdən istər Qarabağda dəfələrlə hərbi avantüraya əl atıb. “İyul təxribatı” isə birmənalı şəkildə Azərbaycana qarşı hərbi təcavüz aktıdır.
Bütün bunların fonunda ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş görünmür. Daha doğrusu, bu təsisat faktiki olaraq imitasiya ilə məşğul olmaqla münaqişənin nizamlanmasına töhvə verə bilmir. Bu baxımdan, Azərbaycan haqlı olaraq qurumun fəaliyyətinə tənqidi yanaşır.
İrəvanın vasitəçilərin fəaliyyətini müsbət qiymətləndirməsi əslində ATƏT-in Minsk qrupunun hazırkı formatı və fəaliyyətinin Ermənistanın maraqlarına uyğun olduğunu düşünməyə əsas verir.
Siyasi şərhçilər hesab edir ki, Azərbaycan ümumiyyətlə Minsk Qrupu çərçivəsində danışıqlardan imtina etməlidir. Yaxud formatın dəyişilməsinə nail olmalıdır.
Telegram kanalımız