“Qarabağ”lı Marko Veşoviç 9 oyunda meydana çıxmayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”lı Marko Veşoviç 9 oyunda meydana çıxmayacaq

İdman

30 İyul 2023 11:41 1166


“Qarabağ”ın zədəli futbolçusu Marko Veşoviçin son durumu müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Həkimlərin tövsiyəsinə əsasən, Veşoviç avqustda keçiriləcək oyunlarda iştirak etməməlidir. Monteneqrolu oyunçu Azərbaycan Premyer Liqasında qarşıdakı 4, “Rakov”la matçlar da daxil olmaqla, avqust ayında avrokuboklardakı 5 matçı buraxmalı olacaq. Sezar pizza

“Qarabağ”ın “Rakov”la oyunda zədələnən müdafiəçisi Elvin Cəfərquliyevin durumu isə ciddi deyil və o, cavab matçında meydana çıxa bilər.

Marko Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakov”la ilk oyundan (2:3) əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!