Qaradağda ağır qəza: Ölən var 

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda ağır qəza: Ölən var 

Hadisə

09 İyun 2024 12:01 549


Bakının Qaradağ rayonunda minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar”, – məlumatda qeyd olunub. pizza

Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən “Mersedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması müəyyən olunub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

“Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – xilasedicilər diqqətə çatdırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!