Qaradağda körpünü sel apardı, giriş-çıxış dayandı -   ALTERNATİV YOL ÇƏKİLİR

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda körpünü sel apardı, giriş-çıxış dayandı - ALTERNATİV YOL ÇƏKİLİR

Sosial

17 Aprel 2025 14:58 256


Qaradağ rayonu Çaylıdağ qəsəbəsində güclü yağışların yaratdığı sel fəsadlara səbəb olub.

Yenisabah.az xəbər verir ki, qəsəbəyə giriş üçün yeganə yol olan körpünü sel suları yuyub aparıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti tam dayanıb.

Hazırda sakinlər qəsəbəyə daxil ola və ya oradan çıxa bilmirlər. Marqarita pizza

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Bildirildi ki, körpünün bir hissəsi uçub. Hazırda əməkdaşlarımız tərəfindən körpünün yanından alternativ yolun çəkilməsi işləri həyata keçirilir. Körpü tam bərpa olunana qədər vətəndaşlar həmin alternativ yoldan istifadə edə biləcəklər"

Alternativ yolun bərpasının bu gün başa çatacağı bildirilir./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Hiss olunur ki ÇOX möhkəm təməl üzərində tikilib.
    1 year ago