ABŞ Senatı qaradərili general Çarlz Braunun Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə namizədliyini təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, bu qərarla ABŞ tarixində bir ilk yaşanıb. Belə ki, ilk dəfə bir qaradərili general qüvvə komandiri kimi xidmət göstərəcək.
Bildirək ki, Çarlz Braun tam səs toplayıb, yəni 98 senatoru təsdiq etdiyi qərara etiraz edən olmayıb. Lakin bu hadisənin afroamerikalı Corc Floydun öldürülməsi ərəfəsində baş vermədi olduqca diqqət çəkib. pizza mizza
ABŞ prezidenti Donald Tramp yeni qərargah rəisinin bu münasibətlə təbrik edib: "Senat tərəfindən qərar verildi. Çarlz Braun ABŞ-ın ilk afroamerikalı qüvvə komandiri oldu. Bu ,ABŞ üçün tarixi bir gündür. Böyük vətənsevər və lider olan Çarlz Braunla birgə işləməyi səbrsizliklə gözləyirəm".
Qeyd edək ki, general Çarlz Braun yeni təyinatdan əvvəl Hind-Sakit Okean Qüvvələrinin Hava Elementləri komandiri vəzifəsində çalışırdı.
Telegram kanalımız