Qaralovların külli miqdarda vergi borcu üzə çıxdı   - Yaxın adamları həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Qaralovların külli miqdarda vergi borcu üzə çıxdı - Yaxın adamları həbs olundu

Kriminal

05 Fevral 2022 20:15 10380


Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edilib. 

Yenisabah.az xəbər verir ki, 03 fevral 2022-ci il Yasamal rayon məhkəməsinin qərarı ilə Ağstafa Aqrar Sənaye Kompleksinin Müşahidə Şurasının sədri Rəsul Orucov barəsində həbs seçilib

Vergi Xidmətinin istintaqında şirkət rəhbəri vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunur. Toyuqlu pizza

Qeyd edək ki, Ağstafa Aqrar Sənaye Kompleksi MMC-nin təsisçisi Qaralov Raul Zakir oğludur. Rəsul Orucov eyni zamanda Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun “təmsilçisi” kimi tanınırdı.

Bu fakt həm də o deməkdir ki, vergi borcuna görə məsuliyyət Qaralovlar ailəsinin üzərindədir.Gununsesi.info 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!