Qarayev klubunun üzünü ən çox “ağardan“ futbolçu oldu

saytların hazırlanması

Evə çatdırılma

Qarayev klubunun üzünü ən çox “ağardan“ futbolçu oldu

İdman

10 İyul 2020 13:52 1235


Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri 2019/2020 mövsümünün ən yaxşı futbolçusu adına öz namizədlərini açıqlayıblar.

Yenisabah.az xəbər verir ki, sorğuda iştirak edən 8 mütəxəssisdən 3-ü Qara Qarayevə, 2-si Mahir Emreliyə (hər ikisi "Qarabağ") səs verib.

Digərləri isə "Neftçi"dən Stiven Monroz və Emin Mahmudovu, həmçinin "Qarabağ"dan Xayme Romeronu seçiblər (report). Dominos pizza

Baş məqçilərin seçimləri aşağıdakı kimidir:

Qurban Qurbanov ("Qarabağ") - Stiven Monroz ("Neftçi")

Füzuli Məmmədov ("Neftçi") - Qara Qarayev ("Qarabağ")

Tərlan Əhmədov ("Keşlə") - Qara Qarayev ("Qarabağ")

Ayxan Abbasov ("Sumqayıt") - Mahir Emreli ("Qarabağ")

Zaur Həşimov ("Zirə"/istefa verib) - Qara Qarayev ("Qarabağ")

Jelko Sopiç ("Sabah"/istefa verib) - Xayme Romero ("Qarabağ")

Aftandil Hacıyev ("Səbail") - Mahir Emreli ("Qarabağ")

Elmar Baxşıyev ("Qəbələ") - Emin Mahmudov ("Neftçi")


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!