“Əsrin fəlakəti olaraq bilinən Türkiyənin zəlzələ bölgəsinə Azərbaycan dövləti və cəmiyyətinin qardaş köməyi davam edir. Bu gün bir çox iş adamı cəmiyyətləri və qeyri-hökumət təşkilatlarının birləşərək formalaşdırdığı “Qardaş Köməyi” platformasını təmsil edən heyət olaraq Kahramanmaraş başda olmaqla, zəlzələ bölgəsinə səfərimiz başlayıb”.
Yenisabah.az xəbər verir ki, bu sözləri tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
O, platforma heyətinin Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu ilə görüşdüyübü bildirib: Pepperoni pizza
“Səfərin ilk günü Kahramanmaraş AFAD koordinasiya mərkəzində heyətimizi qardaş ölkənin Daxili İşlər Naziri Süleyman Soylu qəbul etdi. Görüşdə cənab nazir zəlzələnin ilk saatlarından etibarən dövlət başçısı İlham Əliyev başda olmaqla, Azərbaycanın heç bir zaman unudulmayacaq bir qardaşlıq, həmrəylik nümunəsi sərgilədiyini dedi. Süleyman Soylu Azərbaycanın qardaşlığından güc aldıqlarını, Türkiyənin bu çətin sınaqdan da güclənərək çıxacağını ifadə edərək platforma üzvlərinə fədakar fəaliyyətləri səbəbiylə təşəkkürünü bildirdi”.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ baş vermişdir.
Daha sonra Türkiyəyə dəstək məqsədi ilə Azərbaycanda 06 fevral 2023-cü il tarixində "Qardaş Köməyi" Platforması yaradılıb.
Telegram kanalımız