Qardaş ölkədə bələdiyyədən yeni evlənənlərə jest

saytların hazırlanması

Evə çatdırılma

Qardaş ölkədə bələdiyyədən yeni evlənənlərə jest

Dünya

26 Fevral 2025 12:15 192


İstanbulun Arnavutköy bələdiyyəsi yeni ailə quracaq cütlüklər üçün "Evlilik öncəsi təlim proqramı" təşkil edib. Təlimi uğurla başa vuran cütlüklərə sertifikatlar bələdiyyə sədri Mustafa Candaroğlu tərəfindən təqdim edilib. Eyni zamanda, cütlüklərə 30 min lirə (1400 manat) məbləğində maddi yardım veriləcəyi açıqlanıb.  

Yenisabah.az xəbər verir ki, ytəlimlərdə 80 cütlük ailə daxili ünsiyyət, ailə sağlamlığı, ailə hüququ, ailə birliktəliyi və mənəvi dəstək mövzularında biliklər əldə ediblər. Məqsəd cütlükləri evlilik zamanı qarşılaşa biləcək çətinliklərə hazırlamaq və ailədaxili ünsiyyəti gücləndirməkdir.  

Qeyd edək ki, son illər Türkiyədə baş tutan evliliklərin 30 faizi boşanma ilə nəticələnir. Belə addımların ailə institutunu gücləndirməsi nəzərdə tutulur. pizza sifarişi

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!