Qardaş ölkədə qeyri-adi hadisə:   Müştəri çupra balığı ilə döyüldü - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Qardaş ölkədə qeyri-adi hadisə: Müştəri çupra balığı ilə döyüldü - FOTOLAR

Dünya

06 Oktyabr 2025 18:36 550


Qardaş ölkə Türkiyənin Eskişehir şəhərində gülməli olduğu qədər də təəccüblü  hadisə baş verib. 

Yenisabah.az xəbər verir ki, aldığı balığın xarab çıxdığını görən və sadəcə onu geri qaytarmaq istəyən Hamza Çətinkaya adlı müştəri bazarda gözlənilməz şəkildə balıqçıların hücumuna məruz qalıb. 

İddiaya görə, satıcılar satdıqları balığın təzə olduğunu bildiriblər, lakin mübahisə bir anda əlbəyaxa davaya çevrilib. pizza mizza

Çətinkaya balıqları piştaxtaya atandan sonra əsəbiləşən balıqçı Çupra balığını  əl silahına çevirib və onunla müştərisinə zərbə endirib. Nəticədə zərərçəkənin  barmağı sınıb, bədənində müxtəlif göyərmələr yaranıb. Xəstəxanaya aparılan Çətinkaya həkimdən arayış alaraq satıcını məhkəməyə verəcəyini bildirib. 

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!