Qardaş ölkədə terror aktı törədildi - 16 hərbçi öldü

saytların hazırlanması

Evə çatdırılma

Qardaş ölkədə terror aktı törədildi - 16 hərbçi öldü

Hadisə

21 Dekabr 2024 15:19 679


Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı 16 Pakistan hərbçisi ölüb, beş nəfər ağır yaralanıb.

"Report" bu barədə “The Times of India”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə şənbə gecəsi Pakistanın Əfqanıstanla sərhədindən 40 kilometr məsafədə yerləşən Makin rayonunda baş verib. Hücumda 30 yaraqlı iştirak edib və onlarla döyüş bir neçə saat davam edib. pizza hut

Bildirilib ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!