Qardaş ölkədən Azərbaycana daha bir dəstək

saytların hazırlanması

Evə çatdırılma

Qardaş ölkədən Azərbaycana daha bir dəstək

Hadisə

05 Noyabr 2020 14:02 1457


Qarabağda hərbi əməliyyatlar başlandığı gündən indiyədək qardaş Türkiyənin müxtəlif bölgələrində Azərbaycana dəstək aksiyaları davam edir.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkənin alpinistləri Tokat vilayətindəki məşhur Geyras qalasına Azərbaycan bayrağı sancıblar.

Qeyd edək ki, qala Tokat-Sivas yolunda yerləşir və alpinistlərin ən çox yürüş etdiyi məkanlardan biridir. Vilayətə gələn turistlər üçün qalaya marşrutlar təşkil edilir. “Türkiyə və Azərbaycan bayrağının birgə dalğalanması qürur verir. Biz haqq savaşında qardaşlarımızın yanındayıq. Azərbaycan Qarabağı işğaldan azad edəcək, biz buna əminik”,-alpinistlər bildiriblər. (Virtualaz.org) Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!