Balkanlardan gələn soyuq və yağışlı hava dalğası Çanaqqalada da öz təsirini göstərməyə başlayıb. Aprel ayında yağan bu sürpriz qar xüsusilə Gelibolu rayonundakı Korudağ ərazisini ağ yorğanla örtüb.
Yenisabah.az xəbər verir ki, soyuq və yağışlı havadan təsirlənən Çanaqqalada, İstanbul yolunun üzərində yerləşən Korudağ ağ örpəyə bürünüb.
Səhər saatlarından başlayan və qısa zamanda artan qar Çanaqqala- İstanbul avtomobil yolunun üzərində yerləşən Korudağda qış mənzərələri yaradıb . Qar yağışına hazırlıqsız yaxalanan sürücülər çətin anlar yaşayıb. Toyuqlu pizza
Magistral yol işçiləri qar yağmasının nəqliyyatı maneə törətməməsi üçün operativ tədbir görüb. Yolun hərəkətə açıq qalması üçün qar təmizlənməsi və duzlama işləri aparılıb. Komandalar sürücülərə qış təkərlərindən istifadə etmələri və zəncirsiz yola çıxmamaları barədə xəbərdarlıq edib.
Aytac Şahin
Telegram kanalımız