Qardaşın bıçaqladığı bacıların ikisi də öldü

saytların hazırlanması

Evə çatdırılma

Qardaşın bıçaqladığı bacıların ikisi də öldü

Kriminal

20 Aprel 2019 17:32 764


Bakıda qardaşının bıçaqladığı bacılardan digəri də xəstəxanada vəfat edib.

Hadisə aprel ayının 16-da paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 

Belə ki, 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.  Pepperoni pizza

Daha sonra həmin bıçaqla digər bacısı 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən qadın dünən xəstəxanada dünyasını dəyişib.

Qadının meyiti tibbi ekspertizaya təqdim edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb.

oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!