Qardaşın bıçaqladığı digər bacı da öldü

saytların hazırlanması

Evə çatdırılma

Qardaşın bıçaqladığı digər bacı da öldü

Kriminal

20 Aprel 2019 22:22 893


Bakıda qardaşı tərəfindən bıçaqlanan iki bacıdan daha biri xəstəxanada ölüb.

Aprelin 16-da paytaxtın Buzovna qəsəbəsində, 1976-cı il təvəllüdlü Muxtar Şirbala oğlu Əhlimanov ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bacıları - 1964-cü təvəllüdlü Səadət Əhlimanovanı bıçaqlayaraq öldürüb, 1962-ci il təvəllüdlü Məlahət Əhlimanovaya isə bıçaqla xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilən M.Əhlimanova aprelin 19-da orada ölüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsinə tövsif edilib. Marqarita pizza

Hadisəni törədən M.Əhlimanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!