Qardaşının evinə qumbara atan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qardaşının evinə qumbara atan şəxs saxlanıldı

Kriminal

09 İyul 2022 12:24 1101


Bakı sakini qonşuluqda yaşayan qardaşının həyətinə qumbara atıb.

Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub.

Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb. pizza mizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!