Qaribaşvili: “Nizamlanma prosesini dəstəkləməkdə davam edirik“

saytların hazırlanması

Evə çatdırılma

Qaribaşvili: “Nizamlanma prosesini dəstəkləməkdə davam edirik“

Rəsmi

24 Oktyabr 2022 16:45 803


"Gürcüstan hökuməti Ermənistan və Azərbaycan arasında nizamlanma prosesini dəstəkləməkdə davam edir".

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra o bildirib: “Biz regiondakı mövcud vəziyyəti müzakirə edərək Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinin başlanmasına dair son razılaşmaya istinad etdik. Bu, şübhəsiz ki, bizə ümid verir. Gürcüstan, mən və hökumətimiz bəyan edirik ki, biz birlikdə başladığımız sülh siyasətini davam etdirməyə tam hazırıq. Toyuqlu pizza

Onu da vurğulamaq istəyirəm ki, dinc qonşuluq təşəbbüsü heç bir başqa əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir. Əksinə, bu kömək edəcək və mən inanıram ki, biz birlikdə çox mühüm işlər görəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!