BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regionda sülhün vacibliyini vurğulayıblar. Müzakirə olunan məsələlər arasında Ukraynada davam edən müharibə və nəticədə dünyada və regionda çətin təhlükəsizlik vəziyyəti olub. Onlar regionun gələcək inkişafını və uzunmüddətli rifahını təmin etmək üçün sülh və sabitliyin vacibliyini vurğulayıblar. pizza sifarişi
Bununla bağlı söhbətdə Ermənistan və Azərbaycan arasında Gürcüstanın vasitəçiliyi ilə 2021-ci ilin payızında əldə edilmiş razılaşmaya toxunulub. Daha sonra Azərbaycan Ağdam rayonundakı minalanmış sahələrin xəritələri müqabilində ölkədə saxlanılan 15 erməni əsgərini Ermənistan tərəfinə təhvil verib.
“Gürcüstan və Türkiyə arasında bütün sahələrdə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin regionun sabit və dayanıqlı inkişafı üçün də mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb”, - deyə mətbuat xidmətinin məlumatında bildirilib.
Görüşün sonunda Qaribaşvili Türkiyə prezidentini Gürcüstana səfərə dəvət edib.
Telegram kanalımız