Bakı Şəhər İcra Hakimiyyətinin “Payız-qış mövsümünə hazırlıq tədbirləri planı”na əsasən bir müddət əvvəl keçən şaxtalı və qarlı günlərdə yaranacaq problemlərin operativ həlli üçün Nərimanov Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb, İcra Hakimiyyəti də daxil olmaqla müvafiq xidmət sahələrində növbətçilik təşkil edilib.
Yenisabah.az xəbər verir ki, həmin günlədə buz bağlamış yollara duz və digər məhlullar səpilib, yollarda nəqliyyatın hərəkəti təmin edilib, səkilər qar və buz qatından təmizlənərək piyadaların hərəkəti asanlaşdırılıb. Həmçinin sakinlərin üzləşdiyi kommunal narahatlıqlara dərhal reaksiya verilib və qısa müddət ərzində həll edilib.
Qarlı havadan sonra Nərimanov rayonunda da çirklənmiş ərazilərdə təmizlik işləri aparılıb. Bir müddət əvvəl yağmış qardan sonra rayonun mərkəzi prospekt və küçələrində kommunal xidmət sahələri tərəfindən yolkənarı işıq dirəkləri, zibil konteynerləri və onların ətrafları, ağac və kollar yuyularaq təmizlənib. O cümlədən küçə boyu bordür və səkilərdə də təmizlik işləri görülüb. Yol kənarında yerləşən ticarət və digər qeyri-yaşayış obyektlərinin vitrin şüşələrinin təmizliyi monitorinq edilib, şüşələrin təmiz olması sahibkarların köməyi və kommunal xidmət sahələrinin işçiləri tərəfindən təmin edilib. İşlərin daha effektiv həyata keçirilməsi üçün rayon icra hakimiyyətinin əməkdaşları küçə və prospektlərdə işlərin gedişatına nəzarət edib. pizza hut
Onu da qeyd edək ki, rayon ərazisində gündəlik təmizlik işlərindən əlavə mövsümi yaşıllaşdırma, mövcud yaşıllıqların qorunması və abadlıq işləri də davam etdirilir.
Telegram kanalımız