Hazırda ölkə ərazisində müşahidə edilən qarlı, küləkli hava şəraiti məktəblərdə əyani formada təhsil alan şagirdlərin davamiyyətinə təsir edib.
Yenisabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, məktəblərdə davamiyyətin çox aşağı düşdüyü məlum olsa da, statistik rəqəmləri hələ açıqlamaq mümkün deyil. pizza hut
Nazirlik rəsmisi yaxın vaxtlarda nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini söyləyib. (Trend)
Telegram kanalımız