Qarlı hava şəraiti martın ilk günündə də davam edəcək - PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Qarlı hava şəraiti martın ilk günündə də davam edəcək - PROQNOZ

Sosial

28 Fevral 2025 12:56 934


Milli Hidrometeorologiya Xidməti martın 1-də gözlənilən hava şəraitini açqılayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Dominos pizza

Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2-7° şaxta olacaq.

Ölkə ərazisində bəzi yollar buz bağlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!