Qarpız və pendir birlikdə yeyildikdə görün nə olur! Sirr ağ hissədə gizlənib

saytların hazırlanması

Evə çatdırılma

Qarpız və pendir birlikdə yeyildikdə görün nə olur! Sirr ağ hissədə gizlənib

Sağlamlıq

03 İyul 2024 17:41 3422


İsti havalarda soyuducu təsiri ilə az qala hər kəsin süfrəsini bəzəyən qarpız yüngül və sulu olduğu üçün “məsum meyvə”lərdən sayılır. Ancaq mütəxəssislərin fikrincə, bu belə deyil.

Yenisabah.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Nur Ecem Baydı qarpızla bağlı az bilinən 7 faktı bir-bir sadalayıb.

1.Gecələr qarpızdan uzaq qalın Marqarita pizza

Onun sözlərinə görə, yay aylarında sərinləmək üçün axşam yeməyindən sonra qarpız yemək maddələr mübadiləsini ləngidir. Buna görə də yay fəslinin vazkeçilməzi olan qarpız başda olmaqla bütün meyvələri gün ərzində və axşamdan gec olmayaraq istehlak etməyə diqqət yetirilməlidir. Gecələr meyvə yemək qaraciyər yağlanması və diabet kimi xəstəliklərin riskini daha da artırır.

2. Ağ hissəni atmayın

Mütəxəssis qarpızın qabığına yaxın olan ağ hissəsində tərkibində bol miqdarda pulpa və bədən üçün faydalı olan bəzi bioaktiv maddələrin olduğunu bildirib. Tərkibindəki ürək-damar sağlamlığını qoruyan bir amin turşusu olan sitrulin var, yəni, “ürək dostudur”.Buna görə qarpızı dilimləyərkən ağ hissələri də daxil olmaqla, dilimlərə kəsərək faydalarını artıra bilərsiniz. Ağ hissələrini qarpızdan turşu və ya mürəbbə hazırlamaqla da istehlak edə bilərsiniz.

3. Sizi tox saxlaması üçün pendirlə birgə yeyin

Qarpız qısa müddətdən sonra aclıq hissi yarada bilər. Onu pendirlə birgə yemək daha yaxşıdır. Sağlam və ideal çəkidə olan insanlar ara-sıra 60-90 qrama bərabər 2 dilim qarpız və 2-3 dilim pendirlə yemək yeyə bilərlər. Lakin bunu vərdişə çevirməkdən çəkinmək lazımdır.

4. Mütləq yuyun

Qarpız qabığındakı palçıq və toz kimi qalıqlar bıçaqla kəsmə prosesində qarpızın yeməli hissələrini çirkləndirə bilər. Bu qalıqlardan xilas olmaq üçün qarpızı kəsməzdən əvvəl mütləq axar suyun altında yaxşıca yuyun. Yumaq qabıq səthində xəstəliyə səbəb olan bakteriyaları aradan qaldırmaya bilər. Ona görə də qarpızı kəsməzdən əvvəl sirkəli suda qısa müddətə gözlədin.

5. Diabet xəstəliyi olanlar diqqət etməlidir

Ekspert qeyd edib ki, qarpız tərkibindəki çox su səbəbi ilə “məsum”  meyvə hesab edilsə də, şəkəri yüksək olanlar üçün təhlükəlidir.

6. 1 dilim qarpızın kalorisi 1 dilim çörəyə bərabərdir

Mütəxəssis arıqlama pəhrizində olanların yay aylarında yeməklərini meyvələrlə, xüsusilə qarpızla keçirdiklərinə diqqət çəkərək, bu vəziyyətin arıqlamaq əvəzinə sağlam olmayan pəhrizlərə və kökəlməyə səbəb ola biləcəyinə diqqət çəkib.

1-2 dilim qarpızın karbohidrat miqdarı təxminən, 1 dilim çörəyə bərabər olduğu üçün gündə 1 dilim qarpızı (təxminən 200 q) keçməməklə yemək olar.

7. Yüksək kalium böyrək xəstələri üçün çox təhlükəlidir

Yüksək kalium və su tərkibinə görə qarpız kalium və ya maye məhdudiyyətləri tələb edilən böyrək xəstələri tərəfindən ehtiyatla istehlak edilməlidir. Xəstələr həkimləri və ya dietoloqları ilə məsləhətləşməlidirlər. Çünki böyrək xəstələrinin qanında kaliumun artması faciəvi təsirlərlə nəticələnə bilər.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!