Qars müqaviləsinə istinad Naxçıvan Konstitusiyadan çıxarılacaq - Niyə?

saytların hazırlanması

Evə çatdırılma

Qars müqaviləsinə istinad Naxçıvan Konstitusiyadan çıxarılacaq - Niyə?

Siyasət

20 İyun 2025 15:13 717


Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələr əlavə edilir. Bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Yenisabah.az xəbər verir ki, layihədə Konstitusiyanın preambula hissəsinə də dəyişiklik nəzərdə tutulub. 

Layihəyə əsasən, preambulanın birinci və ikinci abzasları ləğv edilir. Birinci abzas 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri bağlıdır. pizza sifarişi

Həmçinin birinci maddənin ikinci hissəsində də Moskva və Qars müqavilələrin adları çıxarılır. Yeni dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edəcək.

Naxçıvan Muxtar Respublikasının statusu haqqında qanunun 1-ci və 2-ci bəndləri aşağıdakı kimidir:

 I. Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.

 II. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir.

SSRİ ilə Türkiyənin iştirak etdiyi Moskva və Qars müqavilələrinə əsasən, Naxçıvanın heç bir dövlətə güzəştə gedilməməsi şərtilə Azərbaycan SSR-in tərkibində saxlanılması razılaşdırılıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!