Qarşıdakı illərdə Azərbaycanın xarici dövlət borcuna dair proqnoz açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Qarşıdakı illərdə Azərbaycanın xarici dövlət borcuna dair proqnoz açıqlanıb

İqtisadiyyat

06 Noyabr 2020 12:13 946


Dünya Bankının son proqnozlarına görə, bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 19,6% təşkil edəcək ki, bu da ölkənin aid edildiyi Mərkəzi Asiya və Qafqaz regionunda ən yaxşı göstərici olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında deyilir.

Bu göstəricinin 2021-ci ildə artaraq 20%-ə, 2022-ci ildə isə 20,6%-ə çatacağı gözlənilsə də, Azərbaycan ən az borc yükü olan ölkə kimi regionda lider qalacaq. pizza

Azərbaycandan sonra ikinci olan Qazaxıstanın xarici dövlət borcunun bu il ÜDM-in 26,6%-ni, 2021-ci ildə 29,2%-ni, 2022-ci ildə isə 29,5%-ni təşkil edəcəyi gözlənilir.

Banka görə, xarici dövlət borcunun ÜDM-ə nisbətinin ən yüksək olacağı region ölkələri Ermənistan və Qırğızıstan olacaq. Ermənistanda bu il dövlət borcunun ÜDM-in 63,8%-ni, 2021-ci ildə 63,6%-ni, 2022-ci ildə isə 61,6%-ni təşkil edəcəyi gözlənilir. Qırğızıstanda isə bu göstəricinin müvafiq olaraq 64,2%, 64,6% və 63,6% təşkil edəcək.

Qeyd edək ki, Mərkəzi Asiya və Qafqaz regionuna Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan daxildir.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,091 mlrd. ABŞ dolları və ya ÜDM-in 18,9% təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!