Qasım Süleymaninin büstünə görə çempiona sərt cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Qasım Süleymaninin büstünə görə çempiona sərt cəza verildi

İdman

02 Noyabr 2023 13:54 953


Asiya Futbol Federasiyasının İcraiyyə Komitəsi Asiya Çempionlar Liqasında ləğv edilən "Sepahan" - "Əl-İttihad" matçı ilə bağlı qərar qəbul edib. 

Yenisabah.az İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, İran çempionuna texniki məğlubiyyət verilib. Buna "Sepahan"ın stadionunda oyun öncəsi iranlı general Qasım Süleymaninin büstünün qoyulması səbəb olub. 

Matç oktyabrın 2-i İsfahandakı (İran) “Nəqş-e Cahan” stadionunda keçirilməli və Bakı vaxtı ilə saat 19:00-da başlamalı idi. “Əl İttihad” meydanın kənarında, hakim skamyasının arxasında qoyulmuş büstə görə oyuna başlamaqdan imtina edib. Bu büst 2020-ci ildə İraqda pilotsuz təyyarənin hücumu zamanı öldürülən iranlı general Qassem Süleymanini təmsil edir. Səudiyyə Ərəbistanı mediasına görə, “Əl-İttihad” “futbolla heç bir əlaqəsi olmayan siyasi elementlər”in olması səbəbindən meydana çıxmayıb və görüş ləğv olunub. Tribunada olan iranlı azarkeşlər meydana müxtəlif əşyalar ataraq narazılıqlarını bildiriblər.  Toyuqlu pizza

"Sepahan" eyni zaman 200 min dollar məbləğində cərimələnib və ÇL-də ilk 3 matçını öz stadionunda keçirməyəcək./Qol.az 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!