Qasparyan Baş Qərargah rəisi kimi işinin başına keçdi -   KİV

saytların hazırlanması

Evə çatdırılma

Qasparyan Baş Qərargah rəisi kimi işinin başına keçdi - KİV

Dünya

18 Mart 2021 13:38 1563


Onik Qasparyan bu gün səhər Silahlı Qüvvələrin Baş Qərargah rəisi kimi işinin başına keçib.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” şəxsi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, general öz vəzifəsini icra edir. pizza

Ermənistan hökuməti isə əvvəl olduğu kimi bu gün də O. Qasparyanın vəzifəsindən azad edildiyini açıqlayıb. (APA)

Qeyd edək ki, Ermənistanın inzibati məhkəməsi yekun qərar çıxanadək Onik Qasparyanı Baş Qərargah rəisi vəzifəsində saxlamaq haqqında qərar qəbul edib.

Xatırladaq ki, fevralın 25-də Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan və bir sıra generallar Baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. N. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandıraraq O. Qasparyanı vəzifəsindən azad edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!