Qasparyan da istefa verdi -   Xidmətini başqa statusda davam etdirəcək

saytların hazırlanması

Evə çatdırılma

Qasparyan da istefa verdi - Xidmətini başqa statusda davam etdirəcək

Dünya

10 Mart 2021 15:27 1362


“Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses Konstitusiyaya ziddir”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan bildirib.

“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”, - o deyib. pizza sifarişi

O.Qasparyan Konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədi ilə Ermənistanın İnzibati Məhkəməyə müraciət edib.

“Mən vətənimə və erməni xalqına başqa statusda xidməti davam etdirirəm. Hörmətli generallar, zabitlər, əsgərlər Silahlı Qüvvələrini başlıca vəzifəsi vətənin təhlükəsizliyini təmin etməkdir. Ona görə də hamınızı istinasız olaraq Ermənistanın və Qarabağın güclənməsi, Silahlı Qüvvələrin inkişafı naminə xidməti davam etdirməyə çağırıram”, - general-polkovnik vurğulayıb.

O, yeni vəzifəsi barədə məlumat verməyib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!