Qasparyan Paşinyanı təhqir etdi:   “Əxlaqsız və yalançıdır“

saytların hazırlanması

Evə çatdırılma

Qasparyan Paşinyanı təhqir etdi: “Əxlaqsız və yalançıdır“

Dünya

14 Aprel 2021 17:27 1253


Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan bir neçə gün əvvəl Nikol Paşinyanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Qasparyan Baş nazirin parlamentin tribunasında səsləndirdiyi, “Qasparyanın noyabrın 17-dəki çıxışı həqiqətə uyğun deyil. O, Qarabağdakı müharibənin dördüncü günü müharibəni ən qısa müddətdə bitirməyin lazım olduğunu bizə demədi” , - fikrinə cavab olaraq N.Paşinyanı "əxlaqsız və yalançı" adlandırıb:

“17 noyabrdakı açıqlamamda söylədiklərimi bir daha təsdiqləyirəm. Baş nazir və Təhlükəsizlik Şurasının katibi gerçəkliyi həyasızcasına təhrif edir və güc rıçaqlarından istifadə edərək cəmiyyəti yoldan çıxarır. Təhlükəsizlik Şurasının iclaslarının stenoqramları saxtalaşdırıla və səlahiyyətlilər üçün əlverişli bir şəkildə təqdim edilə bilər. Həqiqət yalnız mövcud hökumətin istefası və hökumət dəyişikliyindən sonra öyrəniləcək”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!